“Birinci məğlubiyyəti pis “yedik”, bunu qətiyyən gözləmirdik”

9 Noyabr 2022 20:00 I Divizion 983
“Birinci məğlubiyyəti pis “yedik”, bunu qətiyyən gözləmirdik”

“Ardıcıl uğurlu oyunlardan sonra belə bir məğlubiyyəti qətiyyən gözləmirdik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.

Muxtar Respublika təmsilçisi I Divizionun 11-ci turunda şok məğlubiyyət alıb. Bölgə komandası Mingəçevirdə eyniadlı komandaya 0:1 hesabıyla uduzub və zirvəni əldən verib.

“Neftçi-2”nin 2 xal gerisinə düşən “Araz Naxçıvan”, ümumiyyətlə, son həftələrdə qeyri-sabit nəticələrlə diqqət çəkir.

“Pro” kateqoriyalı mütəxəssis düşdükləri vəziyyətə bu cür izah verib

"Mingəçevirdə oyuna yaxşı başladıq. İlk hissədə o qədər real qol epizodu yaratdıq ki...

Dördünü hələ mən xatırlayıram. O cür şanslardan istifadə edə bilmədik. Rəqib isə qapıya cəmi bir dəfə qapıya zərbəyə endirdi, o da qol oldu.

“Mingəçevir” ikinci hissəni müdafiədə keçirdi, heç qabağa çıxmadı. Meydanmanın bərbad vəziyyətdə olması imkan vermədi ki, topla oynayaq.

Meydan bərk idi, top öz-özünə atdanırdı. Bu, bizi daha çox narahat elədi, istədiyimiz oyunu göstərə bilmədik.

Allaha həmd olsun, birinci məğlubiyyəti pis “yedik”. İndi komandanı toparlayıb, “Qəbələ” ilə kubok oyununa ciddi hazırlaşmalıyıq.

Sonra bizi “Neftçi”nin əvəzedici komandası ilə çempionatın ağır oyunu gözləyir”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!