YENİ ADDIM: Naxçıvanda futbol klublarına kömək üçün… FOTOLAR

4 Noyabr 2022 09:00 I Divizion 791
YENİ ADDIM: Naxçıvanda futbol klublarına kömək üçün… FOTOLAR

Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə Futbolun İnkişafı Fondunun (FİF) icraçı direktoru Tural Piriyev Naxçıvanda seminar keçib.

Seminar futbolun inkişafı, klublara dayanıqlı maliyyə mənbələrinin yaradılması və dəstəyin artırılması mövzusuna həsr edilib.

Muxtar Respublikada fəaliyyət göstərən futbol komandalarının, idman idarələrinin və yerli klublara sponsorluq edən şirkətlərin nümayəndələrinin iştirak ediyi seminarda Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev son illər bölgədə futbolun inkişafı məqsədi ilə həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Qeyd edib ki, Futbolun İnkişafı Fondu ilə əməkdaşlıq Muxtar Respublikada futbolun inkişafına yeni nəfəs gətirməklə güclü stimul yaradacaq.

Fondun icraçı direktoru Tural Piriyev təmsil etdiyi qurumun fəaliyyəti barədə iştirakçılara məlumat verib.

Bildirib ki, fondun əsas fəaliyyət istiqaməti regionlarda futbol klublarının inkişafına dəstək vermək, onlara dayanıqlı maliyyə mənbələri tapmaqda kömək etmək, futbol irsinin yaradılmasına nail olmaq, cəmiyyətin futbola marağını və inkişaf prosesində onların dəstəyini artırmaqdır.

Tural Piriyev iştirakçılara görüləcək işlər, bu sahənin inkişafına təkan verəcək addımlar və dayanıqlı maliyyə mənbələrinin yaradılması yolları barədə iştirakçılara məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti