I Divizionda 10-cu turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın əvəzediciləri səfərdə “Şamaxı”nın ikinci komandasına uduzubsa, “Qaradağ Lökbatan” “Turan Tovuz”un əvəzedici kollektivinə məğlub olub.
“Qəbələ”nin ikinci komandası doğma meydanda “Mingəçevir”i 4 cavabsız məğlub edib.
Lider “Araz Naxçıvan” isə bu tur MOİK-i qəbul edib. Naxçıvan təmsilçisi bu oyunda qələbəni əldən verib və növbəti xal itkisi ilə üzləşib.
"Şamaxı-2" – "Qarabağ-2" 4:2
Qol: Tapdıq Əhmədov, 11; 20. Uğur Cahangirov, 40; 60 – Şirxan Həsənzadə, 53. Seyxan Fərəcov, 78.
Hakimlər: Kamran Əliyev, Səbuhi Sultanov, Rasim Axundov, Tural İbrahimov.
Şamaxı şəhər stadionu
"Turan Tovuz-2" – "Qaradağ Lökbatan" 2:1
Qol: Elçin Qasımov, 88. İzzət Müştaqov, 90 – Ceyhun Muxtarlı, 65.
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Sənan Atayev, İrşad Aydınov.
Tovuz şəhər stadionu
"Qəbələ-2" – "Mingəçevir" 4:0
Qol: Fərid İsgəndərov, 44. Süleyman Damadayev, 57. Tolqar Yaqubov, 74. Aqil Nəsibov, 77.
Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Tərlan Talıbzadə, İslam Məmmədov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança),
"Araz Naxçıvan" – MOİK 3:3
Qol: Həzrət İsayev, 8. Ege Atlam Adnan, 26. Orxan Əliyev, 53 – İlham Allahverdiyev, 21; 82; 84.
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Ruslan Quliyev, Sərxan İsmayılov.
Naxçıvan Muxtar Respublika Stadionu
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Araz Naxçıvan | 9 | 7 | 2 | 0 | 26-7 | 23 |
| 2 | Neftçi-2 | 9 | 7 | 1 | 1 | 22-9 | 22 |
| 3 | Turan Tovuz-2 | 9 | 7 | 0 | 2 | 17-6 | 21 |
| 4 | Qəbələ-2 | 9 | 5 | 1 | 3 | 17-11 | 16 |
| 5 | Kəpəz-2 | 10 | 4 | 2 | 4 | 14-15 | 14 |
| 6 | Səbail-2 | 9 | 4 | 2 | 3 | 19-18 | 14 |
| 7 | Zirə-2 | 9 | 3 | 3 | 3 | 9-11 | 12 |
| 8 | MOİK | 10 | 3 | 3 | 4 | 15-17 | 12 |
| 9 | Şamaxı-2 | 10 | 3 | 2 | 5 | 13-22 | 11 |
| 10 | Qarabağ-2 | 9 | 3 | 2 | 4 | 12-13 | 11 |
| 11 | Zaqatala | 9 | 3 | 1 | 5 | 15-20 | 10 |
| 12 | Mingəçevir | 10 | 3 | 1 | 6 | 17-20 | 10 |
| 13 | Qaradağ Lökbatan | 10 | 2 | 3 | 5 | 12-11 | 9 |
| 14 | Sumqayıt-2 | 9 | 2 | 3 | 4 | 10-16 | 9 |
| 15 | İmişli | 9 | 1 | 0 | 8 | 8-30 | 3 |
|
BOMBARDİRLƏR: |
|||||||

