Növbəti mövsüm I Divizionda yarışacaq klubların sayı artırılacaq.
Bu haqda Sportinfo.az-a AFFA-dan məlumat verilib.
Bildirilib ki, yenilik Premyer Liqa təmsilçilərinin əvəzedici komandaları ilə birbaşa əlaqədardır.
Belə ki, gələn ildən etibarən onların çempionatı ayrıca keçiriləcək. «Dubllar» daha I Divizionda mübarizə aparmayacağından, aşağı dəstədə qüvvəsini sınayacaq iştirakçıların sayını artırmaq zərurəti yaranıb.
Cari mövsüm birinci liqada 15 kollektiv yer alıb. Premyer Liqa nümayəndələrindən yalnız «Sabah»ın əvəzediciləri I Divizionda mücadilə etmir.
«Araz Naxçıvan», MOİK, «Zaqatala», «İmişlli», «Qaradağ Lökbatan» və «Mingəçevir» müstəqil klub statusu daşıyır.
6 komandalı turnir isə kənardan çox gülünc görünür və AFFA Region Liqasından daha 4 iştirakçını bu siyahıya əlavə etməyə hazırlaşır.

