Yeni yaranan komandanın oyunu şübhə yaratdı, narazılıq qalxdı - VİDEO

27 Oktyabr 2022 11:40 I Divizion 1 454
Yeni yaranan komandanın oyunu şübhə yaratdı, narazılıq qalxdı - VİDEO

I Divizionda IX turun oyunları keçirilib.

"Mingəçevir" doğma meydanda "Turan Tovuz-2"ni qəbul edib.

Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 18-ə yüksəkdən "Turan Tovuz-2" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Mingəçevir" isə 10 xalla 9-cu yerdə qalıb.

Tovuz təmsilçisinə məğlubiyyət mingəçevili azarkeşləri özündən çıxarıb. Komandanın oyunundan şübhəyə düşən tərəflarlar final fitindən xeyli əvvəl

Yaşar Məmmədzadə adına stadionu tərk edib. Fanatlar klub rəhbərliyinin və futbolçuların əleyhinə şüarlar səsləndirib.

SPORTİNFO.AZ

"Mingəçevir" - "Turan Tovuz-2" 0:3

Qollar: Vüsal Məsimov, 30, Elçin Qasımov, 42, Akif Tağıyev, 76

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti