Rauf Əliyev “Neftçi”ni məyus etdi, “Zaqatala” 4 qol vurdu

26 Oktyabr 2022 19:20 I Divizion 1 685
Rauf Əliyev “Neftçi”ni məyus etdi, “Zaqatala” 4 qol vurdu

I Divizionda 9-cu tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, “Səbail” və “Sumqayıt”ın əvəzedicilərinin oyununda dörd qol qeydə alınsa da, qalib müəyyənləşməyib.

“Neftçi” ilə “Kəpəz”in əvəzediciləri də heç-heçə ilə “sülh bağlayıblar”. “Zaqatala” doğma meydanda “Şamaxı”nın ikinci komandasını 4 cavabsız qolla yenib.

“Qarabağ”ın əvəzediciləri isə “İmişli” ilə oyundan qalib ayrılıb.

"Səbail-2" – "Sumqayıt-2" 2:2
Qol: Ayaz Mikayılov, 4. Balamirzə Soltanov, 58 – Cavid Quliyev, 37-pen. Cavidan Abbaszadə, 64.
Hakimlər: Rövşən Rəcəbov, Zöhrab Abbasov, Vüqar Bayramov, Rəsul Babayev.
Hakim-inspektor: Gülağa Cabarov.
“ASCO Arena”, 14:00.

"Zaqatala" – "Şamaxı-2" 4:0
Qol: Cəlal Cəbrayılov, 27; 50; 79. Valeh Qəhrəmanlı, 88.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Taleh Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
Zaqatala OİK stadionu, 14:00.

"Qarabağ-2" – "İmişli" 1:0
Qol: Ruslan Bayramov, 84.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Zakir Şükürzadə, Cavid Cəlilov.
Hakim-inspektor: İmanxan Sultani.
Binə qəsəbə stadionu, 14:00.

"Neftçi-2" – "Kəpəz-2" 1:1
Qol: Vüsal Əsgərov, 45+1 – Rauf Əliyev, 30.
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Teymur Teymurov, Kamran Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
“Neftçi” Futbol Mərkəzi, 4-cü meydança 15:00

N Klublar O Q H M T-F X
1 Araz Naxçıvan 8 7 1 0 23-4 22
2 Neftçi-2 8 6 1 1 20-8 19
3 Turan Tovuz-2 8 6 0 2 15-5 18
4 Qəbələ-2 8 4 1 3 13-11 13
5 Səbail-2 8 4 1 3 17-16 13
6 Qarabağ-2 8 3 2 3 10-9 11
7 Kəpəz-2 9 3 2 4 12-14 11
8 MOİK 9 3 2 4 12-14 11
9 Zirə-2 8 3 2 3 7-9 11
10 Zaqatala 8 3 1 4 14-18 10
11 Mingəçevir 9 3 1 5 17-16 10
12 Qaradağ Lökbatan 9 2 3 4 11-9 9
13 Sumqayıt-2 8 2 3 3 9-14 9
14 Şamaxı-2 9 2 2 5 9-20 8
15 İmişli 9 1 0 8 8-30 3

BOMBARDİRLƏR:

Orxan Əliyev ("Araz Naxçıvan") - 8 qol
Cəlal Cəbrayılov (“Zaqatala”) – 8 qol
Elnur Cəfərov ("Qaradağ Lökbatan") - 7 qol
Vüsal Əsgərov ("Neftçi") - 6 qol

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti