Noyabrda Azərbaycan Kubokunda yeni mövsümə start veriləcək.
Ayın 22-də 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək.
Bir qarşılaşmadan ibarət mərhələnin görüşləri iki günü əhatə edəcək. «Araz Naxçıvan» bu etapda «Qəbələ» ilə qarşılaşacaq.
I Divizionla liderlik edən Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov Sportinfo.az-a açıqlamasında bildirib ki, səfərdə meydana çıxsalar da, Premyer Liqa klubuna asanlıqla təslim olmaq fikrində deyillər:
«Kubok oyunları bizim gənclər üçün ciddi imtahandır. Bilirik ki, Premyer Liqanın səviyyəsi başqadır və orada çıxış edənlərlə qarşılaşmaq hər dəfə Divizion komandalarına müəssər olmur.
Bu, bizim üçün bir fürsətdir və çalışacağıq ki, özümüzü göstərək. «Qəbələ»nin yaxşı legionerləri var. Onlar da kubokda bacardıqca qabağa getmək istəyirlər.
Amma biz də əlimizdən gələni edəcəyik ki, yaxşı futbol göstərək və azarkeşlərimizi sevindirək».

