I Divizionda VIII tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, "Zirə-2" öz meydanında "Mingəçevir"i qəbul edib.
Qarşılaşma qəsəbə təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.
Gəl ki, ev sahibləri əvəzetmə limitini pozduğundan, AFFA İntizam Komitəsi onlara 0:3 hesablı texniki məğlubiyyət verib. Belə ki, baş məşqçi Azər Məmmədov oyunun gedişində 5 deyil, 6 dəfə əvəzləməyə əl atıb.
"Zirə-2" - "Mingəçevir" 3:0
Qollar: Xəqani Sadıxov, 8 (pen), 89, Vüsal Əliyev, 87

