«Zirə»nin əvəzedici komandasına AFFA İntizam Komitəsi tərəfindən 0:3 hesablı texniki məğlubiyyət veriləcək.
Buna səbəb I Divizionun 8-ci turunda yaşanan hadisədir.
Belə ki, «qartallar» «Mingəçevir»ə 3:0 hesabıyla qalib gəldikləri dünənki oyunda 6 əvəzetmədən istifadə edib.
Qəsəbə təmsilçisinin gənclərindən Xaqani Sadıxov bu görüşdə dubl edib, Vüsal Əliyev isə bir dəfə fərqlənib. Gəl ki, baş məşqçi Azər Məmmədov texniki səhvə yol verərək, 6 oyunçu dəyişib.
O, 80-cı dəqiqədə kapitan Nizami Səmədovun yerinə Cavad Qurbanlını meydana buraxıb.
Bu fakt matçın hakim-inspektoru Ceyhun Haşımovun raportunda öz əksini tapıb və İntizam Komitəsinin növbəti iclasında texniki məğlubiyyət rəsmiləşəcək.
SPORTİNFO.AZ

