“Zaqatala”da kütləvi ixtisar aparılıb.
Bu, AFFA-nın büdcəni azaltması ilə əlaqədardır.
Federasiya I Divizion təmsilçisinə cəmi 200 min manat ayırıb ki, bu da normal fəaliyyət göstərməyə kifayət eləməyib. Odur ki, klubun bir sıra əməkdaşları iş yerini itirib.
Həmçinin aşağı yaş qrupları üzrə komandalar fəaliyyətini dayandırıb, akademiyada çalışan məşqçilər buranı tərk edib. Təhcizat xərcləri də minimuma endirilib.
“Zaqatala” Gənclər və İdman Nazirliyinə müraciət eləyərək, dövlət qurumunun balansında olan yerli Olimpiya Kompleksinin stadionunun illik icarə haqqını (50 min manat) ödəyə bilməyəcəyini bildirib.
SPORTİNFO.AZ

