Azərbaycan klubu 2 aydır iş başında olan məşqçi ilə yolları ayırdı

14 Oktyabr 2022 09:40 I Divizion 1 488
Azərbaycan klubu 2 aydır iş başında olan məşqçi ilə yolları ayırdı

I Divizionda mübarizə aparan MOİK-də məşqçi ayrılığı baş verib.

Son iki mövsümü «Neftçi»nin akademiya komandalarında keçirmiş Elman Sultanov ordu klubunu tərk edib.

«Hərbiçilər» 2 aydır burada işləyən «Səbail»in sabiq sükançısı ilə müqavilə imzalamaqdan son anda imtina eləyib. Nə qədər qəritbə görünsə də, buna səbəb kimi vaxtilə futbolçu kimi legioner həyatı yaşamasını göstəriblər.

Bildirilib ki, zamanında xeyli müddət ölkə xaricində vaxt keçirdiyindən, onunla kontraktın bağlanması qeyri-mümkündür.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti