I Divizionunda VI turun oyunlarına yekun vurulub.
Sportinfo.az xəbər verir ki, "Kəpəz-2" doğma meydanda "Mingəçevir"i qəbul edib.
Qarşılaşma Gəncə təmsilçisinin minimal hesablı qələbəsiylə başa çatıb.
4 xal toplayan "Kəpəz-2" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. "Mingəçevir" isə 6 xalla 11-ci sıradadır.
“Kəpəz-2” – “Mingəçevir” 1:0
Qol: Rauf Əliyev, 45+1

