İtalyan bu qərardan məst oldu, Rövnəq Abdullayevə "sağ ol" dedi

6 Oktyabr 2022 13:40 I Divizion 799
İtalyan bu qərardan məst oldu, Rövnəq Abdullayevə "sağ ol" dedi

"Milli komandamızla indiyədək görülən işləri müsbət qiymətləndirdikləri üçün AFFA-ya, xüsusilə də milli assosiayasının prezidenti Rövnəq Abdullayevə və İcraiyyə Komitəsinə şəxsən öz təşəkkürümü bildirirəm".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi özünün sosial şəbəkə hesabında yazıb.

AFFA ilə yeni müqavilə imzalayan italiyalı mütəxəssis bildirib ki, meydanda işi optimallaşdırmaq məqsədilə oyunçular, məşqçilər və azarkeşləri qane edə biləcək şərait yaradıb:

"İndi bizi iddialı və gərgin sınaq, 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının təsnifat mərhələsi gözləyir.

Mənimlə inamla addımlayan futbolçularıma, meydanda və ondan kənarda əzmlə çalışanlara təşşəkkürümü bildirirəm. Onlar mənim üçün cox dəyərlidir".

Canni De Byazi ilə müqavilənin müddəti seçmə mərhələnin sonunadək nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti