AFFA Divizion komandalarına xəbərdarlıq etdi - Sənəd olmasa, pulu geri alacağıq

2 Oktyabr 2022 10:40 I Divizion 642
AFFA Divizion komandalarına xəbərdarlıq etdi - Sənəd olmasa, pulu geri alacağıq

AFFA I Divizionda qüvvəsini sınayan komandaların nümayəndələrinin iştirakıyla toplantı keçirilib.

Toplantıda iqtirakçılara ayrılan mövsümlük maliyyə yardımının məbləği barədə məlumat verilib.

Bildirilib ki, hər ay 20 min manat onların bank hesablarına yatırılacaq. Xəbərdarlıq olunub ki, bütün maliyyə hesablaşmaları köçürmə yolu ilə aparılmalıdır.

Nəqdsiz ödənişlərə aid çeklər toplanmalı və hər rübün sonunda federasiyanın mühasibatlığına təqdim edilməlidir.

Diqqətə çatdırılıb ki, ayrılan vəsaitin xərclənən hissəsinə dair sənəd olmasa, həmin məbləğ klubun özündən geri istəniləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”