Region Liqasında çıxış edən bu klubun Divziona buraxılmasına niyə son anda “STOP” qoyuldu?

28 İyul 2022 20:40 I Divizion 1 147
Region Liqasında çıxış edən bu klubun Divziona buraxılmasına niyə son anda “STOP” qoyuldu?

Bilindiyi kimi, "Füzuli", "Ağsu Siti", "Göyəzən", "İrəvan", "Qobustan" və "Bakılı" I Divizionda iştirak üçün AFFA-ya müraciətlər ünvanlayıb.

AFFA-nın saytı iddia edib ki, bununla bağlı müvafiq qaydada araşdırma aparılıb.

Bildirilib ki, sənədlərə baxış keçirilən zaman heç bir müraciətin AFFA və Peşəkar Futbol Liqası tərəfindən təqdim olunan meyarlara uyğun gəlmədiyi müəyyən olunub.

Beləliklə, tələb olunan meyarlara uyğun şəkildə sənədlər təqdim olunmadığı üçün müraciət etmiş klubların 2022/2023 mövsümündə Divizionda çıxışı təmin olunmayacaq.

Burada ən böyük gözlənilməzlik “Ağsu Siti” ilə bağlıdır. Çünki AFFA-nın adını çəkdiyimiz aran klubunu I Divizionda görmək istəməsi bəlli idi.

Federasiya prezidenti Rövnəq Abdullayevin SOCAR-da vitse-prezidenti olmuş Mikayıl İsmayılova görə “Ağsu Siti”ni irəli çəkməyə hazırlaşmasını açıqlamışdıq.

O da bilinirdi ki, 2 il öncə neft şirkətindəki vəzifəsi ilə vidalaşan M.İsmayılov Region Liqasında mübarizə aparan «Ağsu Siti»ni himayəsinə götürüb.

AFFA-nın adıçəkilən klubu növbəti mövsüm I Divizon iştirakçıları sırasına əlavə etməsinin əsas səbəbi də budur - o, Rövnəq Abdullayevin yaxın dostlarından biridir.

Cütlüyün münasibətləri SOCAR-dakı işbirliyi başa çatandan sonra da qırılmayıb. Onlar bu gün də bir yerdədir. İsmayılov apreldə Şamaxıda olub, Abdullayevlə birgə «Şamaxı» - «Neftçi» matçını (1:2) canlı izləyib.

«Ağsu Siti» sabiq vitse-prezidentin ikinci klubudur. O, hələ 11 il öncə «Ağsu»nu yaradıb. Eks SOCAR mənsubuna məxsus olduğu söylənilən «Azqranata» şirkəti illərboyu Aran klubuna sponsorluq edib.

«Ağsu»nun fəaliyyətini dayandırması I Divizionda oyun «alver»i ilə əlaqədardır.

Hüquq-mühafizə orqanlarının apardığı uzunmüddətli araşdırmaların nəticəsi olaraq AFFA «Ağsu»nu çempionatdan kənarlaşdırıb, bu komandanın rəsmi şəxs və futbolçularına federasiyanın bayrağı altında keçirilən yarışlarda iştirakı qadağan edib.

Mikayıl İsmayılov ötən mövsüm də müəyyən vasitələrlə «Ağsu Siti»yə yardım əlini uzadıb. SOCAR-dakı vəzifəsini itirmiş eks məmur bunu Rövnəq Abdullayevin xahişi ilə edir.

Çün AFFA prezidenti «Xan Lənkəran»ı I Divizionda görmək istəmir. Bu gün əyan oldu ki, ortalıqda nə “Xan Lənkəran” var, nə də “Ağsu Siti”. Demək ki, “dəvədən böyük fil” var” deyimi yenə də keçərli imiş…

İkincilərin son anda çempıionatdan kənarda qalmasının səbəbi… “yuxarı”dan gələn təlimatla əlaqədardır.

AFFA-ya sözü və tapşırığı keçən qurumlar I Divizionda yarışmaqdan imtina edən “Sabah-2”nin “Ağsu Siti” ilə əvəzlənməsinə “veto” qoyub.

Bunu M.İsmayılovun bəlli çevrələrdə əvvəlki əlaqələrini qoruyub saxlaya bilməməsi kimi qəbul etmək olarmı? Güman ki…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti