Azərbaycanın ikinci ən böyük şəhərinin stadionunda söküntü başladı

8 Dekabr 2021 18:10 I Divizion 1 553
Azərbaycanın ikinci ən böyük şəhərinin stadionunda söküntü başladı

“Kəpəz” Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Masazırda qarşılaşacağı “Sabah” ilə oyuna (dekabrın 11-də, saat 18:00-da başlayacaq) paytaxtda hazırlaşacaq. I

Divizionun XI turu çərçivəsində MOİK ilə görüşdən sonra komanda Gəncəyə qayıtmayaraq Bakıda qalıb.

“Sarı-göylər” məşqlərini “Dalğa Arena”da keçirəcək.

Qərb təmsilçisinin dogma şəhərinə dönməməsinin səbəbi Gəncə şəhər stadionunda aparılan yenidənqurma ilə əlaqədardır.

Belə ki, 4 illik fasilədən sonra arenada təmir işləri bərpa olunub. Artıq paltardəyişmə, hakimlər və yardımçı otaqlar sökülüb.

Bazanın digər hissələrinə də “əl gəzdirilməsi” planlaşdırılır. Bütün bu işlər yerli İcra Hakimiyyəti və AFFA-nın birgə köməyi ilə həyata keçirilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 02:40 "Sabah"ın hesabı - 11:1
31 Oktyabr 02:20 “Zirə”dən Mozambikə
31 Oktyabr 02:00 “Qarabağ” AÇIQLADI