"Kəpəz"dən SÜRPRİZ TRANSFER – Tanınmış futbolçu ilə anlaşdı

24 İyul 2021 13:40 I Divizion 1 481
"Kəpəz"dən SÜRPRİZ TRANSFER – Tanınmış futbolçu ilə anlaşdı

"Kəpəz" yeni mövsümə hazırlıqla bağlı transfer çalışmalarını davam etdirir.

Sportinfo.az I Divizion klubunun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycan millisinin sabiq futbolçusu Cavid İmamverdiyevi heyətinə qatıb.

31 yaşlı yarımmüdafiəçi "sarı-göylər"in heyətində 8 nömrəli formanı geyinəcək.

Cavid İmamverdiyev karyerası ərzində “Karvan”, “Neftçi”, “Sumqayıt” və "Keşlə"nin formasını geyinib. Yarımmüdafiəçi Türkiyədə “Elazığspor” komandasının da şərəfini qoruyub.

İmamverdiyev yığmanın heyətində 11 oyun keçirib və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti