İki dövrədən ibarət I Divizionun coğrafiyası genişləndi

17 İyul 2021 11:40 I Divizion 1 280
İki dövrədən ibarət I Divizionun coğrafiyası genişləndi

Peşəkar Futbol Liqasının (PFL) Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov I Divizionun yeni mövsümü ilə bağlı planlardan danışıb.

Sportinfo.az-a açıqlama verən təşkilatçı qurumun rəsmisi bildirib ki, Premyer Liqanın bütün təmsilçilərinin əvəzedici komandaları yarışda iştirak edəcək.

O, mübarizənin iki dövrədən ibarət olacağını söyləyib: “Sevindirici haldır ki, Premyer Liqada çıxış edən klubların bütün ikini komandaları I Divizionda çıxış edəcək.

Son olaraq “Qəbələ-2” iştirakla bağlı təsdiq məktubunu göndərdi. Bununla da, ötən il 10 komandanın iştirakı ilə keçirilmiş Azərbaycan I Divizionunda növbəti mövsüm üçün iştirakçıların sayı 13-ə yüksəldi.

Bu da I Divizion coğrafiyasının genişlənməsi deməkdir. Növbəti mövsüm 2 dövrədən ibarət olacaq”.

2020/2021 mövsümündə I Divizionda 10 komanda iştirak edib. "Neftçi-2" 27 turdan sonra 64 xalla qızıl medallara sahib çıxıb.

"Zaqatala", "Turan Tovuz", "Kəpəz", MOİK, "Qaradağ Lökbatan", "Nefçi-2", "Qarabağ-2", "Keşlə2", "Sabah-2" və "Sumqayıt-2" ötən illərdə burada qüvvəsini sıınayırdısa, "Zirə-2", "Səbail-2" və "Qəbələ-2" 1 illik fasilədən sonra fəaliyyətini bərpa edib.

Digər Xəbərlər
Xəbər Lenti