"Kəpəz"də işləməyin heç bir narahatlığı yoxdur, problem həll olunub"

18 May 2021 16:20 I Divizion 779
"Kəpəz"də işləməyin heç bir narahatlığı yoxdur, problem həll olunub"

"Çempionat bu gün başa çatıb. Hələ indidən bu barədə nəsə demək olmaz. Amma hər halda komandada yəqin ki, dəyişiklər olacaq. Bu dəqiqə dəqiq nəsə açıqlamaq olmaz".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə kənardan gələn bütün futbolçuların komandadan göndəriləcəyi ilə bağlı iddialara münasibət bildirərkən deyib.

Təcrübəli məşqçi özünün "Kəpəz"dəki taleyi ilə bağlı isə bunları deyib: "Rəhbərliklə oturub söhbət edəcəyik. Yaxın 1-2 gündə hər şey bəlli olacaq.

Gəncədə işləməyin heç bir narahatlığı yoxdur. Əksinə burada olan perespektivli gənc futbolçularla işləmək mənə xoşdur".

Vahabzadə gəncəli azarkeşlərlə aralarından yaranmış narazılıqlara da toxunub: "Azarkeşlərlə bağlı problem də həll olunub. Klub rəhbərliyi tərəfdən görüş olub. Danışıb, razılığa gəliblər. Vəziyyət hələki normaldı və stabil sakit olaraq qalır".

Digər Xəbərlər
Xəbər Lenti