"Biz çempion olandan sonra rəhbərlik çalışacaq ki, Prmeyer Liqaya çıxaq"

9 Aprel 2021 09:40 I Divizion 1 271
"Biz çempion olandan sonra rəhbərlik çalışacaq ki, Prmeyer Liqaya çıxaq"

"Hər kəs birinci olmaq istəyər".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.

Şimal təmsilçisi I Divizionda liderliyə yüksəlib. Gəncədə "Kəpəz"ə 2:1 hesabıyla qalib gələn kollektivin xal ehtiyatı 43-ə yüksəlib.

R.Məmmədov növbəti mövsüm Premyer Liqaya yüksəlmək şanslarını dəyərləndirib:

"Bu yer daha çox yadda qalır və ən şirin pillədir. Birinci yeri tutandan sonra Premyer Liqada iştirak eləmək şansı digərlərindən daha çox olacaq. Bu da ikinci bir motivasiyadır.

Hələ bu haqda heç bir məlumat yoxdur. Çempionat bitməmiş Premyer Liqa haqqında fikirləşmirik. Biz çempion olandan sonra rəhbərlik çalışacaq ki, Prmeyer Liqaya çıxacaq komandalar olacaqsa, biri də biz olaq.

Amma hazırda açıq-aydın Premyer Liqa haqqında bizə nəsə deyilməyib. Bu gün işimiz Divizonda çempion olmaqdır".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı