"Zirə"nin sahibi Rəşad Sadıqova elə bir dəstək verdi ki…

8 Avqust 2020 10:52 Zirə 2 124
"Zirə"nin sahibi Rəşad Sadıqova elə bir dəstək verdi ki…

«Zirə»nin fəxri prezidenti Orxan Məmmədov komandanın məşqçi heyəti və futbolçularıı ilə görüşüb.

Sportinfo.az-ın məlumatıına görə, toplantıda klubun vəziyyəti və yeni planlarıı barədə danışılıb.

Yarandığı gündən «Zirə»yə böyük diqqət göstərən O.Məmmədov növbəti mövsümlə bağlı gözləntilərini açıqlayıb. O, Rəşad Sadıqovun baş məşqçi postuna təyinatının mühüm hadisə olduğunu və ona böyük ümidlər bəslədiyini bildirib.

Fəxri prezident qeyd edib ki, Sadqovun gəlişi klubun hədəflərini bir qədər də böyütməsi deməkdir və «Zirə» getdikcə daha iddialı duruma gələcək.

Gənc çalışdırıcı ilə minimum 3 illik layihə üzərində işlədiklərini vurğulayan başqan 2020/21-ci il mövsümündə avrokuboklara vəsiqə uğrunda mübarizə aparmağı qarşılarına məqsəd qoyduqlarını söyləyib.

Klubun sahibi bunun üçün kollektivə hər cür şərait yaradıldığını xatırladıb və son vaxtlar aparılan islahatların onları hədəfə çatdııracağını düşündüyünü dilə gətirib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi