"Ramazanova xəbərdarlıq olunacaq" - "Zirə" rəsmisi

29 Aprel 2020 20:40 Zirə 1 089
"Ramazanova xəbərdarlıq olunacaq" -

"Zirə"nin hücumçusu Ağabala Ramazanovun "Səbail"də çıxış edən dostu Eltun Yaqublu ilə birgə gecə yarısı parkda məşq etməsini əks etdirən video barədə xəbər vermişdik.

"Zirə"nin baş meneceri Elman Himayətoğlu "Sportinfo.az-a açıqlamasında məlum video ilə bağlı bunları deyib:

"Ümumiyyətlə, bütün futbolçulara karantin rejiminə əməl etmələri haqda məlumat verilib. Ağabala Ramazanovla bağlı dediyiniz videodan isə xəbərim yoxdur. Əgər belə bir hal varsa, xəbərdarlıq olunacaq.

Amma bununla bağlı hansısas cəza mexanizmi yoxdur. Sadəcə izah etmək lazımdır ki, bunu etmək olmaz. Ola bilər ki, karantin qaydalarının nisbətən yumşaldılmasını başqa cür başa düşüblər".

Digər Xəbərlər
Xəbər Lenti