"Zirə"yə qalib gəlmək mənim üçün vacib idi" - Əyyub Allaş

20 İyul 2024 11:20 Zirə 1 649
"Zirə"yə qalib gəlmək mənim üçün vacib idi" - Əyyub Allaş

“Mərhələ adladığımız üçün şadam.

Bu oyunda qalib gəlmək mənim üçün vacib idi.

Avropa Liqası mühüm turnirdir və biz burada mübarizəni davam etdirmək istəyirdik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Şerif”in yarımmüdafiəçisi Əyyub Allaş Avropa Liqasının birinci təsnifat mərhələsində “Zirə”ni mübarizədən kənarlaşdıqları oyun haqda deyib.

Bakıda penaltilər seriyasında mərhələ adlayan Moldova klubuna bu yay transfer olunan sabiq “Qəbələ”li öz çıxışını belə dəyərləndirib:

“Bilirdik ki, çətin matç olacaq. İlk görüşdə zəif oynamışdım. Çünki komandaya gec qoşulmuşam. İndi daha hazırlıqlıyam”.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!