"Pulumun hamısını verin, gedim" - Papazoqludan "Zirə" rəhbərliyinə

21 Dekabr 2019 13:22 Zirə 1 180
"Pulumun hamısını verin, gedim" - Papazoqludan

"Zirə"də komandadan göndərilməsi gündəmdə olan Soni Norde, Adrian Skarlatake və Anastasios Papazoqlu ilə növbəti görüş keçirilib.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, yunanıstanlı müdafiəçiyə ortaq məxrəcə gəlib, müqaviləni qarşılıqlı şəkildə pozmaq təklif olunsa da, o, bundan yenə imtina edib.

31 yaşlı futbolçu yalnız bir şərtlə komandadan ayrıla biləcəyini söyləyib: gələn ilin yayına qədər olan müqavilədə nəzərdə tutulan məbləğ tam ödənilməlidir. Stopper əks halda, əvəzedici komandada oynayacağını və "Zirə"dən getməyəcəyini bildirib.

Yunandan fərqli, Norde komandadan razılaşma əsasında getməyə hazır olduğunu deyib. Rumın müdafiəçi Skarlatake isə klub rəhbərliyindən düşünmək üçün bir qədər vaxt istəyib.

Xəbər Lenti