
"Futbolçularıma təşəkkür edirəm, onlar böyük əzmkarlıq, mübariz oyun göstərdilər".
Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Xorvatiyada "Hayduk"a əlavə vaxtda 1:2 hesabı ilə uduzduqları Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşü haqda deyib.
43 yaşlı mütəxəssis məğlubiyyətə və mübarizəni dayandırmalarına baxmayaraq, oyunçularından razılıq ifadə edib: "Futbolçularım hər gün inkişaf edirlər. Məğlub olsaq belə, burada özümü qalib kimi hiss edirəm".
Sadıqov qarşılaşmanın gedişini belə şərh edib:
"Oyundan əvvəl də demişdim ki, böyük azarkeş kütləsi qarşısında oyundan zövq alacağıq. İlk dəqiqələrdən aqressiv oynamağa çalışdıq. Bir səhvdən sonra top buraxdıq. Marko Livayanın əla ötürməsindən sonra Filip Krovinoviç yaxşı zərbə ilə hesabı açdı. Hər şeyə rəğmən, matçboyu oyuna nəzarət edir, hücumlara atılmağa çalışırdıq. Əsas vaxtın sonlarında hesabı bərabərləşdirdik, amma əlavə vaxtda azlıqda dözüm göstərmək çox ağır idi. Mövsümdə ikinci matçımızı keçirirdik. Çox yaxşı yerinə yetirilmiş cərimə zərbəsindən top buraxdıq. 1:1 hesabını qorumağa çalışdığımız vaxt "Hayduk" əla qol vurdu. Bundan sonra yenidən bərabərliyə nail olmaq asan deyildi".
"Zirə" Bakıdakı ilk matçda "Hayduk"la heç-heçə edib - 1:1. Cavab görüşündə də eyni nəticə qeydə alındığı üçün əlavə vaxt oynanılıb.