“Rəşad Sadıqovun əlində güclü heyət olmadı, ona hücumçu almadılar” - VİDEO

14:00 Zirə 361
“Rəşad Sadıqovun əlində güclü heyət olmadı, ona hücumçu almadılar” - VİDEO

“Ötən mövsümkü “Zirə”dən əsər-əlamət yoxdur.

“Hayduk” keçiləsi rəqib idi. Ancaq əldə hücumçu yoxdur.

Klub rəhbərliyinə sual verilməlidir - niyə transfer etmədiz? Avropada uğur istəyən komanda Salifu Suma kimi oyunçunu əldən buraxmazdı.

Düzdür, təklif edilən məbləğ çox yaxşıdır, ancaq perspektivi də düşünmək lazımdır. Bu “Zirə”nin Premyer Liqada ilk üçlüyə düşmək şansı çox aşağıdır.

Gəlin etiraf edək ki, daha güclü “Hayduk” gözləyirdik. Bu rəqibi keçmək üçün Rəşad Sadıqovun əlində güclü heyət olmadı”.

Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Avropa həftəsi” verilişində səsləndirilib.

Tanınmış jurnalist Elçin Cəfərovun və sabiq futbolçu Amit Quluzadənin təqdimatında yayımlanan verilişdə Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Hayduk” – “Zirə” matçı (2:1) barədə danışıb, komandamızın uğursuzluğunun səbəbindən bəhs ediblər.

Onlar bu oyunla “Zirə”nin Premyer Liqada işinin çox çətin olacağının anonsunu veriblər.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti