“Zirə” canlarına qorxu saldı, rəhbərlikdən transferi tələb etdilər

31 İyul 23:00 Zirə 176
“Zirə” canlarına qorxu saldı, rəhbərlikdən transferi tələb etdilər

“Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Hayduk” yeni transfer həyata keçirib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Xorvatiya klubu ulduz futbolçu Ante Rebiçlə anlaşıb.

İtaliya klubu “Leççe”dən ayrılan və azad agent statusu alan 31 yaşlı vinger bir neçə xarici ölkədən təklif alsa da, vətənə qayıtmaq qərarına gəlib.

Xorvatiya millisinin sabiq üzvü “Hayduk” rəhbərliyi ilə danışıqları müsbət yekunlaşdırıb. Anlaşmaya əsasən, Rebiçun yeni komandasında illik maaşı 450 min avro təşkil edəcək, həmçinin əlavə bonuslar da alacaq.

“Hayduk” həmçinin Xorvatiya millisinin müdafiəçisi, İtaliyanın “Bolonya” klubunun formasını geyinən Martin Erliçlə də danışıq aparır.

“Zirə” ilə Bakıdakı matçda müdafiənin mərkəzində boşluqlar olduğunu hiss edən məşqçilər korpusu rəhbərlikdən 27 yaşlı oyunçunun transferini tələb edib.

Bu gün Splitdəki “Polyud” stadionunda keçiriləcək “Hayduk” – “Zirə” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bakıdakı ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti