“Zirə” üçün bundan yaxşı gözəl fürsət?

31 İyul 20:00 Zirə 1 607
“Zirə” üçün bundan yaxşı gözəl fürsət?

Konfrans Liqasındakı təmsilçilərimizdən “Zirə” bu gün “Hayduk”la səfər qarşılaşmasına çıxacaq.

Ötən həftə Xorvatiya təmsilçisi ilə Bakıda bərabərə qalan (1:1) “qartallar” Splitdə mərhələ adlamaq iddiasındadır.

“Hayduk”un üstünlüyü avrokuboklarda ev komandası kimi tanınmasıdır. “Ağlar” “Polyud” stadionunda, öz azarkeşlərinin gözləri qarşısında inamlı təsir bağışlayır. Lakin heç də bütün matçlarda qalib gəlməyiblər.

1927-ci ildən beynəlxalq arenalarda iştirak edən “Zirə”nin rəqibi müxtətlif turnirlərdə ümumilikdə 230 oyun keçirib ki, bu, kifayət qədər ciddi rəqəm hesab olunur.

Splitlilərin 2017-ci ildən bu yana son 10 ildəki ev görüşlərinə nəzər salaq.

Hayduk – Everton (İngiltərə) – 1:1

Hayduk – Slaviya (Sofiya, Bolqarıstan) – 1:0

Hayduk – FCSB (Rumıniya) – 0:0

Hayduk – Gzira United (Malta) – 1:3

Hayduk – Tobol (Qazaxıstan) – 2:0

Hayduk – Vitoriya (Portuqaliya) – 3:1

Hayduk – Vilyareal (İspaniya) – 0:2

Hayduk – PAOK (Yunanıstan) – 0:0

Hayduk – HB Torshavn (Farer adaları) – 2:0

Hayduk – Rujomberok (Slovakiya) – 0:1

Göründüyü kimi, “Hayduk” “Polyud”də meydana çıxdığı son 10 avrokubok qarşılaşmasının cəmi 4-də qələbə qazanmağa nail olub. 3 matç bərabərə başa çatıbsa, bir o sayda görüşdə məğlub olub.

Uduzduğu komandaların arasında “Gzira United”lə “Rujomberok”un olması “Zirə”lilərin motivasiyasını artırmalıdır.

Ən pis halda PAOK-la FCSB-nin etdiyini bacarıb matçı əlavə dəqiqələrə və penalti seriyasına qədər uzatmaq olar.

“Hayduk” son 3 mövsümün 2-də Konfrans Liqasının III mərhələsində mübarizəni dayandırıb, 1-də pley-offa qədər yüksəlib. Ümid edək ki, bu dəfə II mərhələdə eyni aqibəti yaşayacaq.

Bu axşam “Polyud” stadionunda keçiriləcək duel Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti