"Zirə"ni Xorvatiyada onlar da dəstəkləyəcək

31 İyul 03:40 Zirə 116
"Zirə"ni Xorvatiyada onlar da dəstəkləyəcək

"Zirə" Konfrans Liqasının II təsnifat mərhələsinin "Hayduk"la cavab görüşü üçün Xorvatiyaya yollanıb.

Sportinfo.az xəbər verir ki, "qartallar"ın futbolçularından Brahim Konate zədə, Anje Mutsinzi isə viza ala bilmədiyi üçün səfərə aparılmayıb.

Komanda Zadar şəhərinə çarter reysi ilə uçacaq, oradan isə avtobusla Splitə gedəcək.

İyulun 30-u saat 21:00-da klubun baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı, saat 21:30-da isə "Polyud" stadionunda ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşq təşkil nəzərdə tutulub.

İyulun 31-də keçiriləcək "Hayduk" - "Zirə" oyunu Bakı vaxtı ilə 23:00-da start götürəcək. Görüşü izləmək üçün Azərbaycandan 2, Avropanın müxtəlif ölkələrindən isə 15 azarkeş "Zirə"yə müraciət edib.

İyulun 23-də 8-ci km stadionunda ("Neftçi Arena") baş tutmuş ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 İyul 18:10 Çək və bizə göndər!
31 İyul 08:20 “Sabah”a olan MARAQ