“Zirə”yə dəstək olmayacaq?

30 İyul 2025 04:40 Zirə 916
“Zirə”yə dəstək olmayacaq?

Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Xorvatiyada “Hayduk”la üz-üzə gələcək “Zirə”yə dəstək üçün heç bir azarkeş müraciət etməyib.

Sportinfo.az xəbər verir ki, bunu “report”a Bakı təmsilçisinin mətbuat katibi Elmar Abdullazadə deyib.

Klub rəsmisi hər hansı müraciət olacağı təqdirdə, dərhal lazımi addımların atılacağını bildirib:

“Sabah səhər saat 12:00-da səfərə çıxacağıq. Dəstəklə bağlı bizə heç bir azarkeş müraciət etməyib deyə, qarşı tərəfə biletlə bağlı müraciət etməmişik.

Son anda müraciət edən olsa, biletlə bağlı qarşı tərəflə danışacağıq. Ötən il Xorvatiyada “Osiyek”lə oyunun başlamasına 2-3 saat qalmış bir neçə azarkeş bizə müraciət etmişdi.

Onlara dərhal bilet təşkil etdik. Hər biri gəlib komandanı dəstəklədi. Eyni hal baş verərsə, dərhal lazımi addımlar atılacaq”.

“Hayduk” - “Zirə” matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Bakıda keçirilən ilk görüşdə komandalar heç-heçəyə razılaşıb - 1:1.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM