"Zirə" mıənzil başına necə çatdı? - Xorvatiyadan FOTOLAR

30 İyul 2025 02:20 Zirə 2 559
"Zirə" mıənzil başına necə çatdı? - Xorvatiyadan FOTOLAR

"Zirə" Konfrans Liqası 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Xorvatiyada "Hayduk"un qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi art matçın keçiriləcəyi Split şəhərinə çatıb.

Bu gün baş məşqçi Rəşad Sadıqovun mətbuat konfransı və komandanın oyunöncəsi son məşqi olacaq.

"Hayduk" - "Zirə" qarşılaşması iyulun 31-də baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bakıda keçirilən ilk qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM