Bu əcnəbi oyunçuya viza verilmədi, Azərbaycanda qaldı

29 İyul 14:20 Zirə 386
Bu əcnəbi oyunçuya viza verilmədi, Azərbaycanda qaldı

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında "Hayduk"la qarşılaşacaq "Zirə" Xorvatiyaya yollanıb.

Sportinfo.az xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Anje Mutsinzi səfər matçına aparılmayıb.

Ruandalı mərkəz müdafiəçisi sənəd probleminə görə bu görüşü buraxmalı olacaq. Xorvatiya səfirliyi futbolçuya viza verməyib.

"Hayduk"la ilk görüşdə zədələnən Brahim Konate də səfərə aparılmayıb.

"Zirə" ilə "Hayduk" arasında Bakıda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Komandalar arasında cavab matçı iyulun 31-də Splitdə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
29 İyul 17:30 Çək və bizə göndər!