“Qol imkanları yaratmasaydıq, yaxud rəqibdən aşkar geri qalsaydıq...”

28 İyul 23:40 Zirə 147
“Qol imkanları yaratmasaydıq, yaxud rəqibdən aşkar geri qalsaydıq...”

"Zirə" Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Hayduk"la (Xorvatiya) keçirilən oyunda ciddi itki ilə üzləşib.

"Qartallar"ın yarımmüdafiəçisi Brahim Konate sıradan çıxıb.

Fransız rəqib oyunçu ilə toqquşaraq çiynindən xəsarət alıb və görüşün 39-cu dəqiqəsində Ceyhun Nuriyevlə əvəzlənməli olub.

Konatenin ilk hissənin sonlarına yaxın meydanı tərk etməsi komandanın oyununa nə dərəcədə təsir etdi?

Onun meydanda olsaydı, nəticə başqa cür ola bilərdi?

Komandanın portuqaliyalı yarımmüdafiəçisi Quima bu haqda Sportinfo.az-a açıqlama verib:

“Bəlkə də hansısa mənada öz təsirini göstərdi. Lakin nəticənin bu cür olmasını Brahimin meydanda olmaması ilə əlaqələndirə bilmərəm.

Onu əvəzləyən Ceyhun Nuriyev uyğunlaşma dəqiqələrini başa vurandan sonra lkomandaya kömək etməyə çalışdı.

Qol imkanları yaratmasaydıq, yaxud rəqibdən aşkar geri qalsaydıq, sizinlə razıyam, bunu Konatenin zədələnməsi ilə əlaqələndirmək olardı.

Ancaq biz yenə fürsətlər yaxaladıq və adi epizodda gözlənilməz qol buraxdıq”.

Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 07:10 Bu gün dənizə gedək?