
Cümə axşamı“Hayduk”un qonağı olan “Zirə”nin səfər planına aydınlıq gəlib.
Konfrans Liqasındakı təmsilçimiz oyundan iki gün əvvəl vətəni tərk edəcək.
“Qartallar” iyulun 29-u günorta saatlarında çarter reysli təyyarə ilə havaya qalxacaq. Lakin birbaşa Splitə yollanmaq mümkün olmayacaq. Buna səbəb sözügedən şəhərdə beynəlxalq aeroportun olmamasıdır.
Bakıdan Zadara uçacaq nümayəndə heyəti oradan matçın keçiriləcəyi şəhərə olan məsafəni avtobusla qət edəcək.
Azərbaycanlı qonaqlar şəhərin dəbdəbəli məkanlarından olan “President Solin” otelində məskunlaşacaq.
İyulun 29-na məşq planlaşdırılmayıb. “Zirə”nin matçöncəsi son məşqi və baş məşqçi Rəşad Sadıqovun mətbuat konfransı oyundan bir gün əvvələ planlaşdırılıb.
“Zirə”ylə “Hayduk” arasında ötən çərşənbə günü baş tutan ilk qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı.
İyulun 31-də keçiriləcək cavab oyunu “Polyud” stadionunda baş tutacaq və Bakı vaxtı ilə 23:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ