“Zirə” hücumçusunu bu ölkəyə satdı - RƏSMİ AÇIQLAMA

28 İyul 14:20 Zirə 625
“Zirə” hücumçusunu bu ölkəyə satdı - RƏSMİ AÇIQLAMA

“Zirə” Salifu Sumanın gələcəyi ilə bağlı qərar qəbul edib.

Sportinfo.az xəbər verir ki, Zirənin eyniadlı təmsilçisi 21 yaşlı hücumçu ilə yollarını ayırıb.

Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Suma İsveçin “Malmö” klubuna transfer olub. Hücumçunun keçidiylə bağlı tərəflər arasında müqavilə bağlanılıb.

“Zirə” Salifuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qvineyalı forvard 2023-cü ilin yayından "Zirə"də oynayırdı.

Qəsəbə klubu bu yay Rüstəm Əhmədzadə, Məqsəd İsayev, Pyer Zebli və Yusuf Lavalla da vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 07:10 Bu gün dənizə gedək?