PİS XƏBƏR - Altı-yeddi həftə “Zirə”nin formasını geyinməyəcək

28 İyul 2025 13:20 Zirə 1 002
PİS XƏBƏR - Altı-yeddi həftə “Zirə”nin formasını geyinməyəcək

"Zirə"nin Konfrans Liqasında "Hayduk"a qarşı oyununda ən yaxşılardan olan Brahim Konatenın birinci hissədə zədələnərək meydandan çıxması qəsəbə təmsilçisi üçün ciddi itki olmuşdu.

Baş məşqçi Rəşad Sadıqov mətbuat konfransında fransalı legionerin 2-3 həftəyə sıraya qayıdacağını ehtimal etmişdi.

Sportinfo.az xəbər verir ki, o, gözləniləndən daha çox yaşıl meydanlardan kənar qalacaq. Yarımmüdafiəçinin zədəsi 6-7 həftə çəkəcək.

"Zirə"nin Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Hayduk"la cavab oyunu avqustun 31-də baş tutacaq. Bakıdakı oyun 1:1 hesabı ilə bitib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM