“Zirə” yaxşı komandadır, döyüşməyə hazır olacağıq"

01:00 Zirə 102
“Zirə” yaxşı komandadır, döyüşməyə hazır olacağıq"

"Hayduk"un futbolçusu Entoni Kalik Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Zirə”yə (1:1) qarşı keçirilən görüşü şərh edib.

Sportinfo.az xəbər verir ki, Xorvatiya mətbuatına danışan yarımmüdafiəçi Azərbaycan klubunun müdafiə xəttindən söz açıb:

"Zirə"yə qarşı matç çox ağır alındı. Biz oyuna bir az uğursuz başladıq. Yavaş-yavaş ritmi tutduq və ikinci hissədə dominantlıq etdik.

Vurduğum qola gəlincə, burada daha çox Hrqoviçin əməyi böyükdür. "Zirə"nin müdafiə xəttində yer alanlar hündür oyunçulardır.

Həmin vaxtı sadəcə ötürmə keçdi, mən də ayağımı topa qoydum. Xoşbəxtlikdən mən lazımı yerdə idim. “Zirə” yaxşı komandadır.

Baş məşqçi artıq 5 ildir komandaya rəhbərlik edir. Ötən mövsüm onlar "Osiyek"i mübarizədən kənarlaşdırmağı bacarıblar.

Biz tam diqqətimizi cəmləyəcəyik və Splitdə döyüşməyə hazır olacağıq".

"Hayduk" - "Zirə" matçı iyulun 31-də keçiriləcək və görüşə Bakı vaxtı ilə 23:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
27 İyul 20:00 Çək və bizə göndər!