
“Zirə” “Hayduk”la oyuna itkilərlə çıxacaq.
Bakıdakı görüşdə start heyətində yer almış futbolçulardan ikisi Splitdə oynaya bilməyəcək.
İlk görüşdə zədələnərək meydanı erkən tərk edən Brahim Konatenin durumuna aydınlıq gəlib. Fransız yarımmüdafiəçi 6-7 həftə yaşıl meydanlara həsrət qalacaq. Konate ən yaxşı halda sentyabrın ikinci yarısında sağlam duruma gələcək.
Anje Mutsinsi isə səfərə apaılmayacaq. Buna səbəb səfirliyin afrikalı müdafiəçiyə viza verməməsidir.
Bu iki nəfərdən başqa Eldar Quliyevlə Vinsent Till də “qartallar”a kömək edə bilməyəcək.
“Zirə”ylə “Hayduk” arasında ötən çərşənbə günü baş tutan ilk qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı.
Komandalar arasındakı “Polyud” stadionunda keçiriləcək cavab oyunu iyulun 31-də Bakı vaxtı ilə 23:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ