
“Zirə” avrokubok mübarizəsindədir.
“Qarabağ”dan fərqli, “Zirə” Bakıda oynayıtdı, rəqib də Xorvatiyanın “Dinamo Zaqreb”dən sonra ən titullu klubu “Hayduk”.
Düzü, gözlədiyimiz “Hayduk”u görmədik. Xüsusən birinci hissədə “Zirə” irəlidə pressinq tətbiqi ilə onların butun oyun nizamını pozdu.
Ya xorvatlar hələ mövsümün ilk rəsmi oyununa, özü də alışmadıqları hava şəratinə tam hazır deyildilər, ya “Zirə”ni ciddiyə almayıb, hər şeyi cavab matçına saxlamaq istədilər.
Ya da “Zirə” həqiqətən də əzmkarlıq göstərib,
“Hayduk”a oynamaq imkanı vermədi. Sonuncu fikrin “əmma”sı odur ki. ikinci hissədə “Hayduk” bir qədər təzyiqi artıran kimi “Zirə” də çətnliyə düşdü.
Hesabı bərabərləşdirəndən sonra qələbə qolunu da vura bilırdilər. “Zirə”nin qol imkanları xorvatlardan çox oldu.
Xüsusən də Rövlan Muradovun dirəydən dönən zərbəsi azarkeşləri çox təəssüfləndirdi.
“Şamaxı”dan gələn Brahim Konate səviyyəsini vurduğu gözəl daban qoluyla göstərdi, Təəssüf ki, fransalı yarımmüdafiəçi zədələnib oyunu yarımçıq tərk etdi.
Salifu Sumanın “Malmö”yə transferi, Rafael Utziqin intizamsızlığa görə əsas heyətdən kıənarlaşdırılması və bir neçə zədəlinin olması, onsuz da, Rəşad Sadıqovun qayğılarını artırmışdı.
Konate də bir tərəfdən sıradan çıxdı.
“Zirə” cavab oyununda möcüzə edib, “Hayduk”u mübarizədən kənarlaşdırsa, bu, həqiqətən bir futbol qəhrəmanlığı olacaq!
İlkin Fikrətoğlu