Azərbaycanda futbolçu hamını təəccübləndirdi - Cəmi 3 balı çatmadı ki...

00:40 Zirə 460
Azərbaycanda futbolçu hamını təəccübləndirdi - Cəmi 3 balı çatmadı ki...

Dövlət İmtahan Mərkəzi tərəfindən I-IV qruplar üzrə qəbul imtahanına ikinci cəhdin nəticələri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, "Zirə”nin U-17 komandasının üzvü Əbülhəsən Məmmədov da imtahanda yüksək nəticə göstərib.

Onun maksimum nəticəyə cəmi 3 balı çatmayıb. 697 bal toplayan Əbülhəsən Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasında oxumaq istəyir.

Ə.Məmmədov Xətai rayonu 64 nömrəli tam orta məktəbi fərqlənmə atestatları ilə bitirib. Blok imtahanında isə 400 bal toplayıb.

Nəinki peşəkar futbolla, idmanın digər növləri ilə məşğul olan şəxslərin təhsilə zaman ayırmaları tez-tez rast gəlinən nümunə deyil.

Digər Xəbərlər
Xəbər Lenti