“Zirə”nin başına gələn hadisəyə şərh verdi: “Əsl səbəb budur”

25 İyul 20:40 Zirə 415
“Zirə”nin başına gələn hadisəyə şərh verdi: “Əsl səbəb budur”

“Bizim üçün sərfəli nəticə olduğunu deyə bilmərəm.

1:0 öndə olduğumuz oyunu heç-heçə başa vurduq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin legioneri Gima deyib.

Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Hayduk”la üz-üzə gələn “qartallar” meydanı qalib tərk edə bilmədi.

Halbuki zirəlilər hesabda önə keçəndən sonra bir neçə real qol vəziyyəti yaratmışdı. Meydan sahiblərini istəyinə çata bilməyincə, xorvatlar lazım olan qolu vurdu.

Portuqaliyalı yarımmüdafiəçi bu məqamın vacib rol oynadığını deyib:

“Düzdür, fasilədən sonra rəqibin müəyyən üstünlüyü var idi. Lakin qol imkanları yaratmaq baxımından biz öndə idik. Sadəcə ,imkanları dəyərləndirə bilmədik. Əsas səbəb budur.

İkinci qolu vursaydıq, Xorvatiyaya sərfəli nəticə ilə gedəcəkdik. Görünən budur ki, səfərdə daha çox çalışmalı olacağıq”.

Komandalar arasında cavab qarşılaşması iyulun 31-də Splitdə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti