“Futbolu sevirəm” deyənlər, baxın, nümunə götürün! - VİDEO

25 İyul 21:20 Zirə 470
“Futbolu sevirəm” deyənlər, baxın, nümunə götürün! - VİDEO

Konfrans Liqasının II turu çərçivəsində “Zirə” öz meydanında “Hayduk”u qəbul edib.

“Neftçi Arena” tam dolmasa da, tribunalarda 4 min civarında tamaşaçı görmək mümkün idi.

Bəli, məhz tamaşaçı.

Çünki Xorvatiyadan gələn azarkeşlər stadionda elə bir ab-hava yaratdı ki…

Təxminən 300 nəfərlik dəstə ilə susmaq bilməyən fanatlar özlərini meydan sahibi kimi apardı.

“Hayduk” qol buraxan anda şəriqlərini davam etdirməklə diqqət çəkən qonaqlar, cərimə zərbəsinə görə yaranan fasilə zamanı da varlıqlarımı göstərməkdə davam etdilər.

Xorvat azarkeşlərin cavabını ara-sıra “Qartallar” qrupu verməyə çalışdı. Lakin effekt gözlənilən qədər olmadığından, qarşı tribunada yet alanları susdurmaq olmadı.

Azərbaycanlı futbolsevərlər aşağıdakı videoya baxmaqla əsl azarkeşliyin nə olduğunu öyrənməkdə sərbəstdirlər.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti