
“Bilirdik hansı rəqibə qarşı oynayırıq.
“Hayduk” Xorvatiyanın ən köklü klublarından biridir.
Rəqibi yaxşı analiz etmişdik, boşluqlarını bilirdik.
Əfsuslar olsun ki, sadə bir vəziyyətdə qapımızda qol gördük. Sonra nə qədər çalışsaq da, ikinci qolu vurmaq mümkün olmadı”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin yarımmüdafiəçisi Rövlan Muradov UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Xorvatiya “Hayduk”una qarşı keçirilən matç (1:1) barədə danışarkən deyib.
O, Bakıdakı heç-heçədən sonra mərhələ adlamaq şanslarının bərabər olduğunu bildirib:
“Cavab oyununa qələbə üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, qalib gələk.
“Hayduk” nə qədər güclü olsa da, səfər görüşündə layiqli mübarizə aparmaq üçün çalışacağıq”.
Matçın sonlarında Muradovun zərbəsi qapı dirəyinə tuş gəldi. 27 yaşlı futbolçu həmin epizodu belə dəyərləndirib:
“Zərbəni vuranda ani qərar qəbul etdim. Bunu məşqlərdə də edirəm.
Qapını gördüm və zərbə endirdim. Təəssüf ki, bəxt bizdən üz döndərdi və top dirəyə tuş gəldi”.