Azərbaycan komandasının oyununda 1 MİLYONLUQ OLAY - VİDEOLAR

24 İyul 11:40 Zirə 1 472
Azərbaycan komandasının oyununda 1 MİLYONLUQ OLAY - VİDEOLAR

“Möhtəşəm başlanğıc idi.

Rəşad Sadıqov rəqibi çox düzgün analiz etmişdi.

Xüsusilə ilk dəqiqələrdən meydançanın rəqibə aid hissəsində edilən basqı, “Hayduk”lu futbolçuların geridən oyun qurmasına problemlər yaratdı.

Nəticədə ilk 34-40 dəqiqə ərzində demək olar ki, oyun meydançanın Xorvatiya klubuna aid hissəsində keçdi. Əsas diqqət ediləsi məqam, hücumlar zamanı geriyə dönən topların da “Zirə”də qalması idi.

Bu çox vacib detallardan biri idi. Brahim Konatenin zədələnib oyundan çıxana kimi toplu və topsuz oyunlarda gördüyü işlər çox yaxşı idi.

“Hayduk”un qolunda isə ani konsantrasiya itkisi hesabın bərabərləşməsinə səbəb oldu. Ancaq o qolun ötürməsi 1 milyon avroluq ötürmə idi. Çox klass idi”.

Bu açıqlama Sportinfo TV-də yayımlanan “Avropa həftəsi” verilişində sabiq futbolçu və məşqçi Amit Quluzadəyə aiddir.

Tanınmış jurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişdə sabiq “Neftçi”li Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Zirə” – “Hayduk” matçı barədə həm matç öncəsi, həm də sonrası maraqlı şərhlərlə diqqət çəkib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!