Rəşad Sadıqov onu pərişan edən XƏBƏRİ AÇIQLADI

24 İyul 2025 02:50 Zirə 1 313
Rəşad Sadıqov onu pərişan edən XƏBƏRİ AÇIQLADI

"Zirə" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"la (Xorvatiya) keçirilən oyunda ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, "qartallar"ın yarımmüdafiəçisi Brahim Konate sıradan çıxıb.

Fransız rəqib oyunçu ilə toqquşaraq çiynindən xəsarət alıb və görüşün 39-cu dəqiqəsində Ceyhun Nuriyevlə əvəzlənməli olub.

Konate səfər matçında da iştirak edə bilməyəcək.

Bunu komandanın baş məşqçisi Rəşad Sadıqov deyib. O, yarımmüdafiəçinin çiyninin çıxdığını bildirib:

"Böyük ehtimalla, səfər matçında meydana çıxa bilməyəcək. Adətən, belə zədələr zamanı futbolçu 1 aya yaxın yaşıl meydanlardan kənarda qalır".

Görüşdə "Zirə"nin yeganə qolunu Konate vurub. Qoldan 5 dəqiqə sonra isə rəqib futbolçu ilə mübarizə zamanı o, çiynindən xəsarət alıb və əvəzlənib. "

Zirə" ilə "Hayduk" arasında cavab görüşü iyulun 31-də Xorvatiyada keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA