
“Zirə” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirib.
Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Bakıda “Hayduk”la üz-üzə gəlib.
Yunanstanlı FİFA referisi Kristos Vergetisin idarə etdiyi görüş “Neftçi Arena”da, saat 19:30-da start götürüb. İki qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.
“Sportinfo TV”nin yeni “youtube” layihəsi “Avropa həftəsi” verilişində tanınmış jurnalist Elçin Cəfərovun təqdimatında oyunla bağlı fikirlərlə canlı yayımda tanış ola bilərsiz.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN