
"Zirə" Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Xorvatiya təmsilçisi “Hayduk”la heç-heçəyə razılaşıb.
Sportinfo.az xəbər verir ki, cari mövsüm avrokuboklarda ilk rəsmi oyununa çıxan Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv 8-ci kilometr stadionunda rəqibi ilə heç-heçə edib - 1:1.
Bakı klubunun heyətində Brahim Konate (31) fərqlənib. Qonaqlardan isə Antoni Kalik (68) dəqiq zərbə müəllifi olub.
Komandalar arasında cavab görüşü iyulun 30-da Xorvatiyada keçiriləcək.
19:30. "Zirə" (Azərbaycan) – "Hayduk" (Xorvatiya) 1:1
Qollar: Qollar: Brahim Konate, 31 – Antoni Kalik, 68.
Baş hakim: Kristos Vergetis (Yunanıstan).
"Zirə": 97. Tyaqo Silva, 4. Ruan Renato, 5. Anje Mutsinzi, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 11. Martins Junior, 17. Ayron Qomis, 20. İssa Cibrilla, 30. Quima, 32. Qismət Alıyev (k), 93. Brahim Konate.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 99. Salim Həşimov, 7. Rövlan Muradov, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 21. Hacıağa Hacıyev, 26. Stefan Akka, 29. Ceyhun Nuriyev, 48. Ramiz Muradov, 57. Yusif Hacıyev, 87. Abdul Batibye.
Baş məşqçi: Rəşad Sadıqov.
"Hayduk": 1. İvuşiç, 7. Kaliç, 8. Siqur, 10. Livaya (k), 23. Krovinoviç, 26. Çapan, 28. Braykoviç, 31. Şarliya, 32. Ş.Hrqoviç, 36. Skelin, 37. Skoko.
Ehtiyat oyunçular: 33. Siliç, 41. Pokrnyiç, 4. Payaziti, 6. Japer, 11. Şeqo, 17. Melinak, 21. Pukştas, 22. Mlaçiç, 29. Karaçiç, 34. Durdov, 38. Hodak, 45. Benrahu.
Baş məşqçi: Qonsalo Qarsiya.