"Zirə"nin rəqibi Bakıya 20 futbolçu gətirdi - FOTOLAR

13:20 Zirə 250
"Zirə"nin rəqibi Bakıya 20 futbolçu gətirdi - FOTOLAR

Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə qarşılaşacaq Xorvatiyanı "Hayduk" klubu iştirak ərizəsini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Qonsalo Qarsiya "qartallar"la oyunlara 20 futbolçunu sifariş edib.

Split təmsilçisi Bakıya 3 qapıçı, 7 müdafiəçi, 6 yarımmüdafiəçi və 4 hücumçu ilə gələcək.

Qapıçılar: İvişa İvuşiç (Xorvatiya, 30 yaş), İvan Luçiç (Xorvatiya, 30 yaş), İvan Poçrnyiç (Xorvatiya, 17 yaş).

Müdafiəçilər: İsmael Diallo (Kot-d'İvuar, 28 yaş), Niko Siqur (Xorvatiya, 21 yaş), Dario Melnyak (Xorvatiya, 32 yaş), Filip Uremoviç (Xorvatiya, 28 yaş), Filip Karaçiç (Avstriya, 29 yaş), Zvonimir Şarliya (Xorvatiya, 28 yaş), Şimun Hrqoviç (Xorvatiya, 21 yaş).

Yarımmüdafiəçilər: Adrion Payaziti (Albaniya, 22 yaş), Mihael Japer (Xorvatiya, 26 yaş), Antoni Kalik (Xorvatiya, 27 yaş), Rokas Pukştas (Litva, 20 yaş), Filip Krovinoviç (Xorvatiya, 29 yaş), Bruno Durdov (Xorvatiya, 17 yaş).

Hücumçular: Marko Livaya (Xorvatiya, 31 yaş), Miçel Şeqo (Xorvatiya, 24 yaş), Abdule Sanyanq (Qambiya, 26 yaş), Yassin Benrahu (Fransa, 26 yaş)

Zirə" "Hayduk"la iyulun 23-də evdə, iyulun 31-də səfərdə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti