Azərbaycan klubu ən bahalı satışından nə qədər qazandı? - TRANSFERİN TƏFƏRRÜATI

11:00 Zirə 1 140
Azərbaycan klubu ən bahalı satışından nə qədər qazandı? - TRANSFERİN TƏFƏRRÜATI

«Zirə»nin Salifu Sumanı «Malmö»yə satmasından məlumatlısız.

Dünən oxucularımıza bu barədə informasiya vermişik.

«Qartallar» qvineyalı gəncie keçidindən 1,4 milyon avroya yaxın pul qazanıb. Bu, «Zirə» tarixinin ən bahalı satışıdır.

Amma İsveç təmsilçisindən gələcək vəsaitin heç də hamısı Premyer Liqanın gümüş medalçısına çatmayacaq. Zirəlilər əldə edəcəyi məbləğin bir hissəsini «Havr»ın hesabına köçürəcək.

Niyə belə? Qəsəbə klubu afrikalı legioneri 2023-cü ilin yayında məhz Fransadan gətirib. Demə, «Havr» Sumanı «üçüncü tərəfə satış müqabilində təzminat» şərti ilə Azərbaycana buraxıb.

Liqa 1-də cəmi 12 dəqiqə oynamış vingerin «Kalum Star»ın yetirməsi olmasını xatırladaq. O, 2022-ci ildə Qvineyadan Fransaya gəlib və ilk olaraq «Bastiya» ilə anlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti