
“Zirə”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"la (Xorvatiya) qarşılaşacaq matç üçün UEFA-ya göndərdiyi iştirak ərizəsində dəyişiklik edilib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Siyahıda Vinsent Tilli Yeqor Boqomolski əvəz edib.
Bundan başqa "qartallar" B listini də əlavə edib. Siyahıda Səlim Həşimov, Yusif Hacıyev, Ramiz Muradov, Əhliman Süleymanzadə yer alıb.
"Zirə" ilə "Hayduk" arasında ilk matç bu gün "Neftçi Arena"da keçiriləcək və saat 19:30-da başlayacaq.